Şriftin ölçüsü :

Saytın rəngi :

Daha bir könüllü gənc Xocavənd Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsinə təyin olunub

28 avqust 2020 | 16:00

      Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun müvafiq əmrinə əsasən  Rüstəm Asim İntiqam oğlu İcra Hakimiyyətinin  İctimai-siyasi və  humanitar məsələlər şöbəsinin baş məsləhətçi  vəzifəsinə təyin olunub.
      Rüstəm Asim İntiqam oğlu 1992-ci il dekabrın 29-da Xocavənd rayonu Muğanlı kəndində anadan olmuşdur. 1999-cu ildə Muğanlı 1saylı orta məktəbin 1 -ci sinfinə getmiş, 2010-cu ildə XI sinfi  bitirmişdir . 2011-2012-ci illərdə  həqiqi hərbi xidmətdə olmuş, 2015-ci ildə Türkiyə Respublikasının Aksaray Universitetinin Dövlət və İctimai münasibətlər fakültəsinə daxil olaraq  Dövlət və ictimai işlər üzrə mütəxəssis ixtisası üzrə təhsil almışdır.
      2020-ci ilin fevral -aprel aylarında Xocavənd rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşularaq sertifikat almışdır .

Keçidlər