Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbəni şübhə altına salmaq istəyənlərə mesaj

20 noyabr 2020 | 16:00

Qələbəni şübhə altına salmaq istəyənlərə mesaj.20.11.2020

Qələbə sevincini bizə bəxş edən Ali Baş Komandanımıza və Azərbaycan Ordusuna təşəkkür edirik. Biz bu müharibəyə illərdir hazırlaşırdıq. Biz bu proseslərin sülh yolu ilə həllində maraqlıydıq. Amma təəssüf ki, nankor, yaramaz və nadan qonşularımız və onları dəstəkləyən qüvvələr məsələnin sülh yolu ilə həllində maraqlı olmadılar. Bu uzun müddət ərzində ATƏT-in Minsk qrupu Azərbaycanı aldatmaqla məşğul oldu. Azərbaycana qarşı çoxsaylı təzyiqlər olundu. Bütün bu dövrdə isə cənab Prezident müasir, güclü və qəhrəman bir ordu yaratdı. Bunun üçün dövlət büdcəsindən vəsaitlər ayrıldı, digər məsələlər həll olundu. Sanki 17 ildir ki, cənab Prezident bu şanlı vətən müharibəsinə hazırlaşırdı. Çünki bizə başqa çıxış yolu qoymamışdılar. Bu müharibə xalqımızın şərəf və ləyaqət müharibəsi idi. Azərbaycan Prezidentinin qətiyyəti, milli maraqlara xidmət edən dəyişməz mövqeyi və siyasi iradəsi və rəşadətli, qorxmaz və qəhrəman Azərbaycan Ordusu bizi belə bir Möhtəşəm qələbəyə gətirib çıxardı. Bu gün hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanımızla və Qüdrətli Ordumuzla qürur duyur.

Amma son günlər özlərini siaysətçi hesab edən, lakin bəzi şəxslər cəmiyyəti çaşdırmaqla qələbəmizə kölgə salmaq istəyirlər. Onlar həqiqətə uyğun olmayan fikirlər səsləndirməklə “Azərbaycanda Rusiya Hərbi Bazası yerləşdirilir, suverenliyimizə təhlükə var”, və s. fikirlər ifadə edirlər.
Əvvəla sülhməramlı missiyanı həyata keçirən kontingent – hərbi baza deyil. Hərbi baza iki dövlət arasında bağlanmış uzunmüddətli müqavilə ilə həyata keçirilir ki, belə müqavilələr həmin ölkələrin parlamentləri tərəfindən təsdiqlənir. Sülhün bərqərar olmasını tənzimləyəcək digər dövlət və dövlətlərin də başçılarının iştirakı ilə sülhə xidmət edən bəyanat müqavilə deyil, öhdəlikdir. Siyasi bir sənəddir. Milli münaqişə ilə təzahür edən müharibələr zamanı sülhməramlı qüvvələr həmişə olub və olacaqdır. Rusiya sülhməramlılarını əsas götürərək möhtəşəm qələbəmizə kölgə salmaq istəyənlərin nə istədiklərini yəqin ki, heç özləri də bilmirlər. Yalançı vətənşüvənlikdən əsl vətənpərvərliyə keçməyin zamanıdır. Baş verən proseslər və əldə olunan Möhtəşəm Qələbə göstərdi ki, ən böyük vətənpərvər Ali Baş Komandan və Müzəffər Azərbaycan Ordusudur.
“Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”, - söyləyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, hər bir hərbçinin Ali Baş Komandanı olduğunu sübut etdi.Azərbaycan ordusu ilə döyüş meydanında məsuliyyətli davranışı iləqələbənin mənəvi çəkisini daha da artırmış oldu. Bu, ilk nöbədə cənab Ali Baş Komandanın beynəlxalq hüquq normalarına hörmətindən irəli gələn siyasi və hərb mədəniyyətinin təzahürüdür. Çünki, erməni əsgərindən fərqli olaraq mülki əhaliyə atəş açmayan, məsuliyyətli davranış nümayiş etdirən, eyni zamanda, humanist dəyərləri qoruyan bu ordu bölgəyə sülhün və tərəqqinin təminatçısına çevrilmiş güclü dövlətin ordusudur.
Bu səfər zamanı Xudafərin körpüsünü ziyarət etməsi ölkə başçısının şərəfli Azərbaycan tarixinə və mədəni irsinə münasibəti baxımından simvolik məna daşıyır və ibrətamizdir.
Ali Baş Komandanın ölkənin birinci xanımı Mehriban Əliyeva ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbəni şübhə altına salmaq istəyən bədxahlara sanballı bir ismarıc kimi bütün mülahizələrə nöqtə qoymuş oldu.a

Keçidlər