Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Qulluqçularının Peşə bayramı qeyd olunub.

23 iyun 2021 | 16:00

Dövlət Qulluqçularının Peşə bayramı qeyd olunub.
23 iyun 2021-ci il tarixdə Xocavənd qəsəbəsində Dövlət Qulluqçularının Peşə bayramı münasibətilə tədbir keçirilib.
Rayon rəhbərliyi,  idarə, müəssisə və təşkilatlarda çalışan dövlət qulluqçuları  ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, hörmət və ehtiramlarını ifadə ediblər.
Dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq şərəfli olduğu qədər də çətin və məsuliyyətlidir. Həyatını, bütün mənalı ömrünü bu sahəyə həsr edən insanlar böyük rəğbətə, dərin hörmətə və ehtirama layiqdirlər. Dövlət qulluqçularının peşə bayramı xüsusi əhəmiyyət daşıyan, ölkəmizdə yüksək səviyyədə qeyd olunan bayramlardandır. Bu bayram ilk dəfə BMT Baş Assambleyasının 20 dekabr 2002-ci il tarixli qətnaməsinə əsasən təsis edilib. Azərbaycanda isə dövlət qulluqçularının peşə bayramı Prezident cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı  ilə təsis olunub.

Keçidlər