Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Tağıyev Elzamin Eyvaz oğlunun xatirəsi yad edilib.

11 avqust 2021 | 16:00

      11 avqust 2021-ci il tarixində, Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Qaradağlı  kənd sakini Tağıyev Elzamin Eyvaz  oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
    Tədbirdə Kürdəmir Regioanal Mədəniyyət idarəsinin rəisi Faiq Xudanlı, Rayon MKS  müdiri  Şamama Hüseynova, Salakətin kənd tam orta məktəbin direktoru Rəmziyyə Aslanova ,  Şəhidin orta məktəb illərində müəllimi olmuş Telli Alıyeva çıxışlarında Elzaminin şücaətindən, onunla bağlı xatirələrindən, eyni zamanda  şəhid ailələri və qazilərə dövlət qayğısından söhbət açmışlar.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək 44 gün davam edən Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatmasında Şəhid və Qazilərimizin, ümumilikdə müzəffər Azərbaycan ordusunun böyük rəşadəti hesabına mümkün olduğunu bildirdi .Eyvaz Hüseynov Vətən müharibəsində qəhrəmancasına döyüşərək müqəddəs şəhidlik zirvəsinə ucalmış Elzamin Tağıyevin döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün onlara öz minnətdarlığını bildirmişdir. Başçı Elzamin  kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu tədbir iştiraçılarının diqqətinə çatdırmışdır.
      Şəhidin atası Eyvaz Tağıyev  övladının qəhrəmanlığı ilə fəxr etdiyini  bildirmiş, Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirmişdir. Sonda rayon məktəblilərinin hazırladıqları bədii kompazisiya nümayiş olunmuşdur.
    Xatırladaq ki, Tağıyev Elzamin Eyvaz oğlu  2020-ci il tarixdə Şuşa uğrunda  gedən döyüşlərdə xüsusi şücaət göstərərək Şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü” “Vətən uğrunda”,”Qubadlının azad olunmasına görə” “Şuşanın azad olunmasına görə” ,
“Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
      Allah rəhmət eləsin.

Keçidlər