Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən müharibəsinə həsr olunmuş intellektual yarış keçirilib

18 avqust 2021 | 16:00

    44 günlük Vətən müharibəsinə həsr olunmuş intellektual yarış keçirilib
   18 avqust 2021-ci il tarixdə Xocavənd qəsəbəsində mövcud pandemiya qaydalarına uyğun olaraq 44 günlük Vətən müharibəsinə həsr edilmiş intellektual yarış keçirilib.  Yarışın məqsədi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin,  Azərbaycan tarixinin, ordu quruculuğunun və mədəniyyətinin təbliği, eləcə də gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, intellektual səviyyəsini, dünya görüşünü və zehni inkişafını stimullaşdırmaqdır.
    Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışda ali məktəb tələbələri, yuxarı sinif şagirdləri və Xocavənd könüllülərindən hər birində 6 nəfər olmaqla    8 komanda, ümumilikdə isə 48 nəfər iştirakçı öz bilik və bacarıqlarını sınayıb.
Gərgin və maraqlı bilik mübarizəsi şəraitdə keçən yarışın sonunda birinci yerə Tuğ kənd tam orta məktənin "Tuğ", ikinci yerə Salakətin kənd tam orta məktəbinin "44 gün" ,  üçüncü yerə  könüllülərin "Land of fire" komandası layiq görülüb
   Qalib komandaların hər bir üzvü  diplomla təltif edilib.

 

Keçidlər