Şriftin ölçüsü :

Saytın rəngi :

"Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah” mövzusunda “dəyirmi masa” keçirilib

11 dekabr 2017 | 16:00

         11 dekabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah” mövzusunda “dəyirmi masa” keçirilib. Xocavənd Rayon İcra Hakimiyyəti və Beyləqan rayon Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi i tədbirdə bildirilib ki, bu gün Heydər Əliyev və Azərbaycan sözləri hər bir azərbaycanlı üçün müəyyən mənada eyni məna daşıyan sözlərdir. Birmənalı şəkildə demək olar ki, Heydər Əliyev olmasaydı müasir müstəqil Azərbaycan dövləti də olmaz dı. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ilin hər bir ili görülən işlər və əldə olunan nailiyyətlərə görə əhəmiyyətli il olub. Bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyəti bütün millətin və xalqın, dövlətin taleyini həll etmiş olsun. Onlardan biri sözsüz ki, Heydər Əliyevdir. Azərbaycan tarixində çoxlu sayda görkəmli dövlət xadimləri və şəxsiyyətlər var. Lakin yalnız Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri kimi tarixə həkk olub. Ulu Öndərin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri müasir müstəqil dövlətimizin yaradılması və inkişaf etdirilməsi olub.
        Qeyd edilib ki, Ümummilli Liderin ölməz ideyalarını, onun siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirir. Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin böyük məharətlə davam etdirdiyi siyasət hazırkı çox mürəkkəb dövrdə yeganə və alternativsiz siyasət olduğu üçün Azərbaycanın gələcək inkişaf və tərəqqisinə təminat verir

Keçidlər