Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Zülfü Qədimovun xatirəsi yad edilmişdir

23 fevral 2018 | 16:00

          Şəhid Zülfü Qədimovun xatirəsi yad edilmişdir
      Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tuğ kənd tam orta məktəbinin müəllim və şagird kollektivi başçının müavini Əfsanə Quliyeva ilə birlikdə Şəhid Zülfü Qədimovun ailəsinə baş çəkərək ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər. Görüş zamanı məktəblilər vətən övladlarının keçdiyi şəhidlik məktəbini özlərinə örnək aldıqlarını bildirib və işğal olunmuş torpaqlarımızın azadlığı naminə səfərbər olub, hər an canlarını fəda etməyə hazır olduqlarını qeyd ediblər. Görüşdə şəhid ailə üzvləri dövlətimiz tərəfindən onlara göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Daha sonra şəhidin məzarı ziyarət olunmuş , ruhuna dualar oxunmuşdur.
        Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu Zülfü Rəhim oğlu Qədimov 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub.  Zülfü Qədimov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edilmişdir.

 

Keçidlər