Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Tuğ kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirildi.

15 mart 2018 | 16:00

        2018-ci il mart ayının 15-də Tuğ qəsəbəsində Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Tuğ kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirildi.
         Qəbulda rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Süleymanov, aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak etdi.
Qəbulu Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışdı.
        Daha sonra qəsəbə sakinləri çıxış edərək onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
        Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

Keçidlər