Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavəndlilər Novruz bayramını əsgərlərlə birlikdə qeyd etmişlər

22 mart 2018 | 16:00

            Xocavəndlilər Novruz bayramını əsgərlərlə birlikdə qeyd etmişlər
         Novruz bayramı münasibəti ilə 21 mart 2018-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə N saylı hərbi hissədə əsgər və zabit heyəti ilə görüş keçirilmişdir.Bayram tədbirində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, veteranlar, şəhid ailələri, ziyalılar və rayon ictimaiyyəti nümayəndələri də iştirak etmişdir. Əsgər və zabitlər qarşısında çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov onları Novruz bayramı münasibətilə təbrik edib, ölkəmizdə həyata keçirilən ordu quruculuğundan danışıb. Bildirib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü, nizam-intizamlı və müasir silahlarla təchiz olunmuş, hərbi-texniki strukturlara və yüksək kadr potensialına malik ordusuna çevrilib. Başçı Azərbaycan ordusunun hər an işğal olunmuş torpaqlarımızı azad etməyə hazır olduğunu bir daha əminliklə qeyd etmişdir. Bayram şənliyində N saylı hərbi hissənin əsgər və zabit heyətinə qiymətli hədiyyələr və bayram sovqatı paylanmışdır.

Keçidlər