Şriftin ölçüsü :

Saytın rəngi :

13 aprel 2018-ci il tarixdə Yeni Xocavənd qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyəti Başçısının vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi.

16 aprel 2018 | 16:00

        13 aprel 2018-ci il tarixdə Yeni Xocavənd qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyəti Başçısının vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi.
       Yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, başçının müavinləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, qəsəbə ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışdı. Bildirdi ki, həyata keçirilən bütün layihələr, atılan bütün addımlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.
Səyyar qəbul zamanı başçı Yeni Xocavənd qəsəbə əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi. Həlli zaman tələb edən məsələlərin icrası nəzarətə götürüldü.

Keçidlər