Şriftin ölçüsü :

Saytın rəngi :

Rəsm sərgisi keçirilmişdir

07 may 2018 | 16:00

          Rəsm sərgisi keçirilmişdir
         07 may 2018-ci il tarixdə Xocavənd qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyəti və YAP Xocavənd Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95–ci ildönümü və Cumhuriyyətin 100 illiyi münasibətilə rəsm sərgisi keçirilmişdir. Tədbirdə rayon orta ümumtəhsil məktəbləri şagirdlərinin hazırladıqları əl işlərindən ibarət rəsmlər nümayiş olunmuşdur. Rayon idarə müəssiə və təşkilat rəhbərlərinin, eyni zamanda ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə nümayiş etdirilən əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Sərgidə Nərimanlı kənd tam orta məktəbinin şagirdi Oruclu Əlizamanlının, Tuğ kənd tam orta məktəbinin şagirdi Vəlizadə Ələmşadın və Xocavənd 2 saylı tam orta məktəbin şagirdi Qasımova Ləmanın rəsmləri mükafata layiq görülmüşdür.

 

Keçidlər