Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq araneda və səngərdə döyüşən qəhrəmanlarımız – Ulu Öndəri anırıq

11 may 2018 | 16:00

        Beynəlxalq araneda və səngərdə döyüşən qəhrəmanlarımız – Ulu Öndəri anırıq
      Müasir Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyevin doğum gününü fərqli qeyd etməyi qarşılarına məqsəd qoyan “Legion” hərbi vətənpərvərlik klubu, Ordu.az saytı , dövlətimizin bayrağını dəfələrlə böyük çempionatlarda qaldırmış Avropa və dünya çempionlarımız – güləşçilərimiz: “Şöhrət” ordenli yeniyetmə və gənclər arasında Avropa çempionu, böyüklər arasında dünya çempionu, Dünya Olimpiya oyunlarının qalibi və Olimpiya üçünçüsü Rəsul Cunayev, “Tərəqqi” ordenli Azərbaycan Respublikasının əməkdar idman ustası, Avropa Oyunlarının qalibi, İslam Oyunlarının gümüş mükafatçısı Rafiq Hüseynov, yeniyetmə gənclər arasında dəfələrlə Avropa çempionu, dünya çempionu, böyüklər arasında Avropa çempionu Eldəniz Əzizli Xocavənd qəsəbəsində olmuşlar. Əvvəlcə Rayon İcra Hakimiyyətinin qarşısında Ulu Öndər Heydər Əliyevin büstünə tər güllər qoyularaq onun xatirəsi yad edildi. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüş mehribançılıq və sevinclə yadda qaldı. Başçı idmançılarımızı rayonun tarixi və zəhmətkeşləri ilə tanış edərək hər zaman bir nəfər kimi Ali Baş Komandanın “İrəli!” əmrini gözlədiklərini bəyan etdi. Görüş zamanı idmançılarımız Azərbaycanda idmanın inkişafındaxidmətləri, “Legion” qrupunun admin heyəti isə vətənpərvərliyin tərənnümü, bu sahədə fasiləsiz xidmətləri üçün Abuzər Əbilov və İlqar Həsənov “Fəxri fərman”la mükafatlandırıldılar. Bundan sonra idmançılarımız “N” saylı ordu birləşməsinin komandanlığı ilə görüşləri oldu. Komandanlıq qonaqları və Azərbaycan xalqını əmin etdi ki, bu gün əsgər və zabitlərin xidmət və məişət şəraiti yüksək səviyyədə təşkil olunub. Silahlı Qüvvələr torpaqların qısa müddətdə azad olunması üçün Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyirlər. Görüş səmimi söhbət məcrasında davam etdi. Növbəti ziyarət ön xətt və azad olunmuş Lələtəpə yüksəkliyi, burada xidmət aparan əsgər və zabitlərimizin apardığı xidmət şəraiti ilə tanışlıq oldu. Mənfur düşmən qarşısında mətin dayanan hərbçilərimiz hər an irəliyə atılmaq və düşməni qovaraq torpaqlarımızı azad etmə arzusu ilə yandıqlarını dilə gətirdilər. “N” saylı hərbi hissənin komandiri səngərdə yaradılan xidmət və məişət şəraiti ilə qonaqları tanış etdi. Buradan Ali Baş Komandan, Prezident İlham Əliyevin “Böyük Qayıdış” layihəsi əsasında bərpa olunmuş Cocuq Mərcanlı kəndinə yol alan güləşçilərimiz burada görülən abadlıq işləri, müasir və səliqəli binalar, məktəblər, məscid, dövlət idarəsi binaları, müasir kommunikasiya ilə tanış oldular.

Keçidlər