Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavəndli məcburi köçkünlər uzun illərdən sonra ilk dəfə baramaçılıqla məşğul olurlar.

15 may 2018 | 16:00

         Xocavəndli məcburi köçkünlər uzun illərdən sonra ilk dəfə baramaçılıqla məşğul olurlar.
        Baramaçılıq vaxtilə Xocavənd rayonunda əhalinin əsas məşğuliyyət sahələrindən olub. Odur ki, xocavəndli məcburi köçkünlər də baramaçılığın inkişafı ilə bağlı təşəbbüslərə həvəslə qoşulublar. Məcburi köçkünlərin bu sahədə təcrübəsini nəzərə alaraq, ötən il 15 min 500 ədəd tut tingi əkilib. Bu il isə Qax Damazlıq İpəkçilik Stansiyasından 26 qutu (494 qram) ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən ailələrə paylanılıb. Yem ehtiyatı kifayət qədərdir. Cari mövsümdə bir tondan artıq barama istehsalı nəzərdə tutulub.
     Qeyd edək ki, Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər əsasən heyvandarlıq və taxılçılıqla məşğuldurlar.

Keçidlər