Şriftin ölçüsü :

Saytın rəngi :

5 iyun 2018-ci il tarixdə Xocavənd qəsəbəsində “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibəti ilə gülqoyma mərasimi keçirilmişdir.

05 iyun 2018 | 16:00

        5 iyun 2018-ci il tarixdə Xocavənd qəsəbəsində “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibəti ilə gülqoyma mərasimi keçirilmişdir. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış abidəsi önünə tər gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirmişlər. Sonra tədbir Suvarma Sistemləri idarəsində davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan idarə rəisi Seyyur Nağıyev idarə əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək, öz xoş arzularını bildirmişdir. Natiq çıxışında Azərbaycan Respublikasında bütün istiqamətlərdə olduğu kimi Meliorasiya sahəsində də bir çox işlərin görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Seyyur Nağıyev “Regionların sosial- iqtisadi İnkişafı üzrə Dövlət Proqramı”nın icrası nəticəsində ölkəmizin nəinki şəhər və rayonları, həmçinin qəsəbə və kəndlərində də infrastruktur layihələrinin uğurla həyata keçiridiyini, əhalinin sosial problemlərinin aradan qaldırıldığını qeyd etmişdir. Tədbirdə çıxış edənlər peşə bayramları münasibətilə bütün meliorasiya işçilərini təbrik etmiş və onlara bu çətin və şərəfli işlərində uğurlar arzulamışlar.

Keçidlər