Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd qəsəbəsində bir qrup tanınmış yazarla görüş keçirilmişdir.

10 avqust 2018 | 16:00


03 avqust 2018-ci il tarixdə "Azərbaycan Yazarlar Klubu" İctimai Birliyinin "Canımız Qarabağ, Yazımız Qarabağ " layihəsi çərçivəsində Xocavənd qəsəbəsində bir qrup tanınmış yazarla görüş keçirilmişdir. Tədbirdə rayonun qələm əhli, ziyalılar və müəllimlər iştirak etmişdir. Görüşdə layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin müşaviri, Azərbaycan Yazarlar Klubunun sədri, yazıçı-dramaturq-publisist Elçin Hüseynbəyli, AYB hərbi vətənpərvərlik bölməsinin rəhbəri, şair-bəstəkar Şahin Musaoğlu, Azərbaycan-Türkiyə Dostluq Cəmiyyətinin əlaqələndiricisi, şair İlqar Türkoğlu, AYB Beyləqan regional bölməsinin rəhbəri Asif Cəfərli və başqaları iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan başçının müavini Azər Süleymanov qonaqları salamladı və bu layihənin məhz Xocavənddə keçirilməsindən məmnunluğunu ifadə etdi. Tədbirdə çıxış edən Elçin Hüseynbəyli bildirdi ki, layihə aprel döyüşlərindən sonra ordumuza dəstək və Qarabağ uğrunda müqəddəs savaşımıza yazarlar tərəfindən töhfə vermək məqsədi daşıyır. Yazıçı onu da vurğuladı ki, "Canımız Qarabağ, Yazımız Qarabağ " şüarı da təsadüfi seçilməyib. "Yazımız" deyəndə ordumuzun 2016-cı ilin aprel (yaz) və 2018-ci ilin may ( Şərurun Günnüt kəndinin işğaldan azad edilməsi) zəfəri, həm də qələmlə, sözümüzlə düşmənə qarşı vuruşmaq nəzərdə tutulur. Daha sonra digər yazarlar çıxış edərək yurd həsrəti çəkən soydaşlarımızın dərdinə şərik olduqlarını dedilər və vətənpərvərlik ruhunda şeirlər sələndirdilər

Keçidlər