Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc müəllimlərlə görüş keçirilmişdir.

05 oktyabr 2018 | 16:00

            Gənc müəllimlərlə görüş keçirilmişdir.
04 oktyabr 2018-ci il tarixdə Rayon İcra Hakimiyyətində ümumtəhsil müəssisələrinə yeni təyin olunmuş gənc müəllimlərlə görüş keçirilmişdir. Görüşdə çıxış edən başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva gənc müəllimləri qarşıdan gələn Beynəlxalq Müəllim Günü münasibətilə təbrik etmiş, gələcək faəliyyətlərindən uğurlar arzulamışdır. Bildirmişdir ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olub. Əfsanə Quliyev çıxışı zamanı gənc müəllimlərə məhz Xocavənd rayon məktəblərini seçdikləri üçün minnətdarlığını bildirmiş, öz tövsiyələrini vermişdir.
           Görüşdə iştirak edən bütün müəllimlər özləri haqqında geniş məlumat vermiş, rastlaşdıqları çətinliklərdən danışmışlar.

 

Keçidlər