Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin şahmatçısı Tahirova Fidan David qızı I yerə layiq görülüb.

31 oktyabr 2018 | 16:00

            Xocavənd rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin şahmatçısı Tahirova Fidan David qızı I yerə layiq görülüb
22-30 oktyabr 2018-ci il tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə şahmat üzrə “Təhsil” RİM-nin respublika birinciliyinin zona yarışları keçirildi.
           Yarışlar 6 yaş qrupu üzrə ( 6 , 8 , 10 , 12, 14, 16 ) oğlanlar və qızlar arasında keçirildi. Beş zona ( Gəncə, Ucar, Salyan, Oğuz , Quba ) üzrə keçirilən yarışlarda idman-şahmat məktəblərindən 400-ə yaxın şahmatçı iştirak etdi. Hər yaş qrupu üzrə I və II yeri tutan şahmatçılar final mərhələsinə vəsiqə qazandılar.Yarışların keçirilməsində əsas məqsəd göstərilən yaş qrupları üzrə perespektivli şahmatçılarını müəyyən edilməsi, şahmatçıların ustalıq səviyyələrinin və idman dərəcələrinin artırılması və şahmatçılar arasında dostluq əlaqələrinin yaranmasından ibarətdir.Qaliblər “Təhsil” RİM-nin müvafiq dərəcəli diplomları ilə təltif edildi.
  Xocavənd rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin şahmatçısı Tahirova Fidan David qızı Ucar şəhərində keçirilən zona yarışında I yerə layiq görülüb.

Keçidlər