Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndərin xatirəsi yad edildi.

12 dekabr 2018 | 16:00

       Ulu öndərin xatirəsi yad edildi.
     Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının on beşinci ildönümü münasbətilə anım mərasimi keçirilib.
    Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanları, əsgər və zabitlər, Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının şura üzvləri və fəalları, rayonun bütün idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyəti iştirak etdi.
      Ulu Öndərə olan məhəbbətlərini ifadə edən xocavəndlilər dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər qoyaraq, əziz xatirəsini ehtiramla yad etdilər.

Keçidlər