Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Müasir Azərbaycan” adlı tədbir keçirildi.

12 dekabr 2018 | 16:00

               “Heydər Əliyev və Müasir Azərbaycan” adlı tədbir keçirildi.
           12 dekabr 2018-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilmiş “Heydər Əliyev və Müasir Azərbaycan” adlı tədbir keçirildi. İlk öncə Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükut ilə yad edildi. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəətinin başçısı Eyvaz Hüseynov bildirdi ki, Ümummilli lider Heydər Əliyevin parlaq siyasi zəkası, müdrikliyi sayəsində xalqımız öz milli-mənəvi dəyərlərini qoruyaraq yeni minilliyə inamla qədəm qoymuşdur. Tarixin nadir hallarda yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyev olduqca mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri dəf edərək Azərbaycana regionda və dünyada layiqli yer qazandırmışdır. Yalnız vətənini və xalqını düşünən Heydər Əliyevin ürəyi müstəqilliyimizin möhkəmləndirilməsi və xalqın xoşbəxtliyi üçün çırpınırdı. O, Azərbaycanın ən çətin anlarında üzərinə düşmüş xilaskar missiyasını ləyaqətlə yerinə yetirmiş, bu yolda heyrətamiz fədəkarlıqlar göstərmiş, xalqı bir çox müdhiş bəlalardan hifz edə bilmişdir. O, fitri istedadı və zəngin təcrübəsi hesabına hadisələrin gedişini qabaqcadan görür, böyük əhəmiyyət kəsb edən tarixi qərarlar qəbul edir və bu zaman əsl vətənpərvər mövqeyində dayanırdı. Heydər Əliyev zəngin və çoxəsrlik Azərbaycan tarixində dövlət başçısı və Prezident kimi müstəsna yer tutub. Onun çoxşaxəli fəaliyyəti əhəmiyyəti və dəyəri baxımından ölkəsinin hüdudlarını aşır, dünyada gedən qlobal proseslərə öz təsirini göstərirdi. Heydər Əliyev həm də zəmanəsinin böyük mütəfəkkiri və filosofu olaraq Azərbaycançılıq fəlsəfəsini formalaşdırır və inkişaf etdirirdi. Məhz bu fəlsəfə Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyənləşdirmiş, milli dövlətçiliyimizin təməl prinsiplərini təşkil etmişdir. Eyvaz Hüseynov Ulu öndərin layiqli davamçısı cənab prezidentimiz İlham Əliyev tərəfindən dahi şəxsiyyətin ideyaları və arzularının həyata keçirilməsi, ölkəmizin güclənməsi və daha da inkişaf etməsi istiqamətində reallaşdırılan layihələrdən ətraflı danışdı.
             Tədbirdə digər çıxış edənlər Ulu öndər Heydər Əliyevin bir şəxsiyyət kimi böyüklüyü, mənəvi zənginliyi, ictimai-siyasi xadim kimi vətənpərvərliyi, xalqına bağlılığı, haqq yolundakı mübarizliyi, müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində həyata keçirdiyi islahatlar və ən çətin anda, taleyüklü məqamlarda haqqa söykənərək xalqının xidmətində durmağından söz açdılar.

 

 

Keçidlər