Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov “Açıq qapı” günündə iştirak edib

29 dekabr 2018 | 16:00

            Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov “Açıq qapı” günündə iştirak edib
       Dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə hərbi hissələrdə əsgər valideynləri və yaxınlarının, Milli Məclisin deputatlarının, ictimaiyyət nümayəndələri və mədəniyyət işçilərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.
      Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti döyüş zonasında yerləşən hərbi hissələrdən birində keçirilən “Açıq qapı” günündə olub.
           Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirilən görüşdə valideynləri maraqlandıran məsələlər müzakirə olunub və onların sualları cavablandırılıb. Əsgər valideynlərini dinlədikdən sonra nazir bir sıra məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
           Nazir və digər rəhbər şəxslər əsgər yaxınları, valideynləri ilə birlikdə bayram şənliyində iştirak ediblər.
“Açıq qapı” günündə hərbi hissəyə gələn vətəndaşlar hərbi hissələrdə yaradılan şəraitlə yaxından tanış olub, xidməti və inzibati binalara, əsgər yataqxanaları və yeməkxanaya baş çəkiblər.
        Şəxsi heyət üçün təşkil olunan bayram konsertindən sonra Müdafiə naziri hərbi qulluqçular və ziyarətçilərlə birlikdə bayram süfrəsi arxasında nahar ediblər.

 

Keçidlər