Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyəti və “Legion” hərbi vətənpərvərlik klubunun birgə təşkilatçılığı ilə tədbir keçirilib.

03 yanvar 2019 | 16:00

         Xocavənd Rayon İcra Hakimiyyəti və “Legion” hərbi vətənpərvərlik klubunun birgə təşkilatçılığı ilə tədbir keçirilib.
      30 dekabr 2018-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin və “Legion” hərbi vətənpərvərlik klubunun təşkilatçılığı ilə Rayon Mədəniyyət evində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni təqvim ilinin başlanması münasibətilə tədbir keçirilib. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, rayon ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları və “Legion” hərbi vətənpərvərlik klubunun üzvləri iştirak etmişlər. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdir ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dövlətimizin ordumuza qayğısı və diqqəti sərhədsizdir. Başçı hərbi sahədə əsaslı islahatların aparılması ilə yanaşı, ordumuzun yeni silah və texnika ilə təchiz edildiyini, maddi-texniki təminatının gücləndirildiyini, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artdığını, mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olduğunu qeyd etmişdir. Ordumuzun qüdrətini artıran mühüm amillərdən birinin də xalq-ordu birliyi olduğunu diqqətə çatdıran Eyvaz Hüseynov, bu gün qüdrətli Azərbaycan ordusunun dövlətimizin ərazi bütövlüyünün, sülhün, əmin-amanlığın, müstəqilliyimizin təminatçısı olduğunu əminliklə qeyd etmişdir. Başçı “Legion” hərbi vətənpərvərlik klubunun fəaliyyəti haqqında danışaraq bildirmişdir ki, klub daima uğurlu və əməli layihələrlə öz izləyicilərini sevindirməkdədir. “Əsasən, gənclərin asudə vaxtının səmərəli və faydalı planlaşdırılması və ordu ilə xalq birliyinin möhkəmləndirilməsi istiqamətində “Legion” hərbi vətənpərvərlik klubunun fəaliyyəti təqdirəlayiqdir”,- deyə başçı qeyd etmişdir. Tədbirdə çıxış edən “Legion” hərbi vətənpərvərlik klubunun rəhbəri Abuzər Əbilov bildirmişdir ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi,onların doğru yol tutması, asudə vaxtlarda faydalı işlərlə məşğul olması,ekstremal vəziyyətlərə düşdükləri zaman sağlam qalması, fövqəladə vəziyyətlərdə əhalinin köməyəyinə çatması üçün apardığı işlər artıq gənclərdə böyük həvəs yaratmışdır. Klub rəhbəri Azərbaycan Silahlı qüvvələri ilə keçirilən bütün layihələrin əsasında, ordu ilə xalq vəhdətinin daha da gücləndirilməsi, gənc nəslin vətənin müdafiəsinə hazır olması və səngərdə duran əsgərlərimizin məişətinə töhfələr verilməsi nəzərdə tutulur.

 

Keçidlər