Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayon Gənclər və İdman idarəsi tərəfindən Xocavənd rayon məktəblilərinin Beyləqan şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilmişdir.

15 yanvar 2019 | 16:00

          14 yanvar 2019-cu il tarixdə Xocavənd rayon Gənclər və İdman idarəsi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliğ edilməsi məqsədi ilə Xocavənd rayon məktəblilərinin (yuxarı sinif şagirdləri) Beyləqan şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.1-ci bəndinə uyğun olaraq keçirilmiş tədbirdə 63 nəfər iştirak etmişdir.
       Ekskursiya çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə və sərgilənən fotoşəkillərə baxış keçirilmişdir. Daha sonra Heydər Əliyev Mərkəzinin akt zalında keçirilmiş toplantıda Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxarmış Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, onun müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, milli dövlətçilik ideyasının bərqərar olunması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə göstərdiyi əvəzsiz tarixi xidmətlərdən bəhs edən çıxışlar səslənilmişdir.

Keçidlər