Şriftin ölçüsü :

Saytın rəngi :

Tuğ kənd 1 saylı tam orta məktəbində "Qaradağlı faciəsi"-nin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.

16 fevral 2019 | 16:00

             Tuğ kənd 1 saylı tam orta məktəbində "Qaradağlı faciəsi"-nin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
         Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri İctimai birliyi tərəfindən təşkil olunmuş tədbirin keçirilməsində məqsəd gənclərə vətənpərvərlik və vətənə sədaqət hissinin aşılanmasından ibarət olmuşdur. Tədbirdə çıxış edən Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri İctimai birliyinin sədri Müşviq Hüseynov Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən söz açmışdır. Qarabağ qazisi bildirmişdir ki, 1992-1993-cü illərdə cəbhənin müxtəlif istiqamətlərində gedən döyüş əməliyyatlarında Xocavəndlilər əsl qəhrəmanlıqlar göstərmiş və bu yolda canlarını fəda etməkdən çəkinməmişlər. Tədbirdə çıxış edən müharibə iştirakçıları, veteranlar və Qarabağ qaziləri məktəblərdə təşkil olunmuş bu görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulamışlar. Eyni zamanda 2016-cı ilin aprelin əvvəllərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara diqqət çəkən qazilər Azərbaycan Ordusunun ermənistan ordusuna verdiyi layiqli cavabdan, düşmənin canlı qüvvəsi və hərbi texnikasının darmadağın edilməsindən, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyin azad olunmasından, hərbçilərimizin döyüş meydanında göstərdiyi xüsusi şücaətdən fəxarətlə danışmışlar. Bildirmişlər ki, Ordumuzun bu uğuru xalqımızda tezliklə Qarabağın azad olunacağına böyük inam yaradıb. Tədbirlərdə məktəb şagirdlərinin vətənpərvərliklə bağlı hazırladıqları şeir parçaları səsləndirilmişdir.

 

Keçidlər