Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində məskunlaşan rayon sakinləri üçün qəbul keçirilib.

05 mart 2019 | 16:00

                  Sumqayıt şəhərində məskunlaşan rayon sakinləri üçün qəbul keçirilib.
            Görüşdə rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. Səyyar qəbulda çıxış edən Eyvaz Hüseynov bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi davam etdirildiyini bildirib. Başçı Cənab Prezidentimiz İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının rayonda diqqət mərkəzində saxlanıldığını vurğulayıb. O, deyib ki, Ümummilli liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların əsas məqsədi ölkənin ümumi inkişafı ilə yanaşı, əhalinin sosial rifahını yaxşılaşdırmaqdır. 2019-cu il yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin “2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasında çıxışının sonunda qeyd etdi ki, 2019-cu il ölkəmiz üçün daha da uğurlu bir il olacaqdır. Həqiqətən, 2019-cu ilin iki ayı ərzində cənab Prezident tərəfindən ardıcıl olaraq əhalinin rifah halının yüksəldilməsi sahəsində imzaladığı fərman və sərəncamlar bunu deməyə əsas verir və bütün vətəndaşaların sevincinə səbəb olan bu qərarlar vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşmasına gətirib çıxaracaqdır. Ümumiyyətlə, Prezident İlham Əliyev bütün kateqoriyadan olan ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına xüsusi önəm verir. Dövlət başçısı dəfələrlə çıxışlarında vurğulamışdır ki, həyata keçirilən iqtisadi və sosial siyasətin əsas məqsədi Azərbaycan vətəndaşının rifahını yüksəltməkdir. Həmin siyasət cəmiyyətin bütün təbəqələrini əhatə etsə də, diqqət daha çox ehtiyacı olan vətəndaşlara verilir.Cənab Prezidentin Əhalinin sosial rifahının yaxşılaşdırılması siyasəti cari ildə də davam edir. "Minimum aylıq əməkhaqqının artırılması haqqında” 8 fevral 2019-cu il tarixli sərəncam məhz bunun təsdiqidir. Həmin sərəncamla cari il martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqı 180 manat müəyyən edilib. Sərəncamın imzalanması ölkə əhalisinin 600 min nəfərinin minimum 180 manat aylıq əmək haqqı almasını təmin edəcəkdir. Bu, istər dövlət, istərsə də özəl sektorlarda fəaliyyət göstərən həmin kateqoriyadan olan bütün insanlara aiddir. Cənab Prezidentin "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" 7 fevral 2019-cu il tarixli Sərəncamı ilə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin edildi. Minimum pensiyalarla bağlı çox ciddi qərar qəbul edildi. Minimum pensiyaların məbləği də təxminən 38 faizdən çox artaraq 116 manatdan 160 manat üəyyən edildi. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir.
           Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

  

Keçidlər