Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd qəsəbəsində xalqımızın ən gözəl bayramı olan, özündə mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbir keçirildi.

19 mart 2019 | 16:00

        18 mart 2019-cu il tarixdə Xocavənd qəsəbəsində xalqımızın ən gözəl bayramı olan, özündə mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbir keçirildi.
            İlk öncə çoxəsrlik maddi-mədəni irsimizi, qədim adət-ənənələrimizi özündə əks etdirən eksponatlara tamaşa edildi .Hər bir müəssisə özünün yaratdığı Novruz atributları, qədimi xalçalar, əl işləri, Azərbaycan xalqının qədimliyini əks etdirən stendlərlə çıxış etdi. Əllərində baharın simvolu olan yaşıl səmənilər, şamlar, xonçalar tutmuş milli geyimli oğlan və qızlar rəngarəng rəqsləri ilə hamının alqışını qazandılar. Novruz bayramının simvolu sayılan kosa, keçəl kimi personajlar öz oyunlarını nümayiş etdirdilər, milli adət-ənənələrimizi əks etdirən səhnəciklər canlandırıldı, idmançılar tərəfindən nümunəvi idman çıxışları nümayiş olundu.
              Bahar bayramı rayon mədəniyyət və incəsənət ustalarının maraqlı konsert proqramı və rəqs nümunələri ilə davam etdi.

Keçidlər