Şriftin ölçüsü :

Saytın rəngi :

500 ailəlik Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir

25 aprel 2019 | 16:00

          Rayon İcra Hakimiyyəti başçısı aparatı əməkdaşlarının, hüquq-mühafizə orqanları, eyni zamanda təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərlərinin iştirakı ilə keçirilən qəbul-görüşdə sakinlərin müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı müzakirələr aparılıb. Sakinlər son zamnalar ölkə başçısının onların maddi-məişət şəraitinin yaxşılaşdılması ilə bağlı qəbul etdiyi qərarları, minimum əmək haqqının, minimum əmək pensiyalarının, məcburi köçkünlərə verilən yemək xərcinin və digər müxtəlif təqaüd və müavinətlərin artırılmasını, problemli kreditlər məsələsinin həllinə göstərilən köməkliyi dövlətin vətəndaşlarına əvəzsiz qayğısı kimi yüksək dəyərləndiriblər.

Keçidlər