Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

07 may 2019 | 16:00

           Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin şagirdi Quliyeva Günel Barat qızı “Ən yaxşı təqdimat” müsabiqəsində 3-cü yerin qalibi olub.
        Tədbirdən öncə rəhbər təhsil işçiləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar.
          Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
“Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, digər dövlət rəsmiləri, millət vəkilləri, təhsil müəssisələrinin, media qurumlarının rəhbərləri, təhsil ekspertləri, müəllim və şagirdlər iştirak ediblər.

Keçidlər