Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Günü ilə bağlı tədbir keçirilib.

27 may 2019 | 16:00

               Xocavənd rayonu 2 saylı tam orta məktəbdə 28 May Respublika Günü münasibətilə tədbir keçirildi. İlk öncə tədbirdə dövlət himni səsləndi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nailə Ömərova bildirdi ki, hər il 28 May Respublika Günü böyük təntənə ilə qeyd edilir və o ,vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları qısa müddət ərzində demokratik respublika təsis edərək, ölkədə demokratik təsisatlar, parlament, konstitusiya yaradılması, qadınlara seçki hüququnun verilməsi kimi bir çox uğurlara imza atıblar.   Tədbirdə tarix müəllimləri də çıxış edərək iştirakçılara geniş məlumat verdilər. Tədbirdə şagirdlər 28 May Respublika Günü ilə bağlı rəqs nümayiş etdirdilər, vətənpərvər ruhda mahnı səsləndirdilər,vətənimizi tərənnüm edən şeirlər söylədilər , həmçinin tədbirdə ibtidai siniflər arasında Respublika Gününə həsr olunmuş məntiq bilik yarışmasında qalib olan şagirdlər də mükafatlandırıldı.

 

Keçidlər