Şriftin ölçüsü :

Saytın rəngi :

“Bir kərə yüksələn bayraq, bir daha enməz”

27 may 2019 | 16:00

      “Bir kərə yüksələn bayraq, bir daha enməz” mövzusunda inşa-yazı müsabiqəsi keçirilmişdir.  Xocavənd Rayon Gənclər və İdman İdarəsi və Rayon Təhsil Şöbəsinin birgətəşkilatçılığı ilə 27 may 2019-cu il tarixdə Salakətin kənd tam orta məktəbində orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında 28 May - Respublika Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq, bir daha enməz” mövzusunda inşa-yazı müsabiqəsi keçirilmişdi. “28 May - Respublika Günü”nün qeyd olunması, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, istedadlı şagirdlərin üzə çıxarılması məqsədi il keçirilən müsabiqədə rayonun orta məktəbləri üzrə seçilmiş 28 şagird iştirak etmişdir. Müsabiqənin nəticələri münsiflər heyəti tərəfindən inşa-yazı işlərinin yoxlanılmasından sonra elan ediləcəkdir.

 

Keçidlər