Şriftin ölçüsü :

Saytın rəngi :

Cavadlı Cahan Mirkəlam qızı "Ədəbiyyat biliciləri" müsabiqəsinin qalibi olmuşdur.

12 iyun 2019 | 16:00

       Xocavənd rayonu 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Cavadlı Cahan Mirkəlam qızı "Ədəbiyyat biliciləri" müsabiqəsinin qalibi olmuşdur.
      Artıq bir neçə ildir ki,Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması, dünya ədəbiyyatının görkəmli nümayəndəıərinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsi məqsədilə "'Ədəbiyyat biliciləri " müsabiqəsi keçirilir.
     Bu müsabiqədə Xocavənd rayonu 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Cavadlı Cahan Mirkəlam qızı da iştirak edərək bütün mərhələləri uğurla keçmiş və "Ədəbiyyat biliciləri" müsabiqəsinin qalibi olmuşdur.
   11.06.2019-cu il tarixdə Təhsil Nazirliyində qaliblərin təntənəli mükafatlandırma mərasimi keçirildi və şagirdlər qiymətli hədiyyələr və diplomlarla təltif edildilər .Müsabiqə qalibləri ilə xatirə şəkilləri də çəkdirildi.

Keçidlər