Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhərində keçirilən növbəti səyyar qəbulda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov da iştirak etmişdir.

16 avqust 2019 | 16:00


   16 avqust 2019-cu il tarixdə Ağcabədi şəhərində məcburi köçkünlər üçün salınmış 556 ailəlik qəsəbədə səyyar qəbul keçirilmişdir. Qəbulda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov da iştirak etmişdir.
Qəbulda çıxış edən başçı bildirmişdir ki, cənab Prezidentin tapşırığına əsasən hər həftə mütəmadi qaydada keçirilən bu görüşlər sakinlərin problemlərinin yerindəcə dinlənilməsi və həlli istiqamətində müvafiq addımların atılması məqsədi daşıyır. Başçı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən məcburi köçkünlərə göstərilən xüsusi diqqət və qayğıdan, eləcə də ölkəmizin hər bir bölgəsində aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır.
   Rayon İcra Hakimiyyəti başçısı aparatı əməkdaşlarının, hüquq-mühafizə orqanları, eyni zamanda təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərlərinin iştirakı ilə keçirilən qəbul-görüşdə sakinlərin müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı müzakirələr aparılıb. Sakinlər ölkə başçısının onların maddi-məişət şəraitinin yaxşılaşdılması ilə bağlı qəbul etdiyi qərarları, minimum əmək haqqının, minimum əmək pensiyalarının, məcburi köçkünlərə verilən yemək xərcinin və digər müxtəlif təqaüd və müavinətlərin artırılmasını, problemli kreditlər məsələsinin həllinə göstərilən köməkliyi dövlətin vətəndaşlarına əvəzsiz qayğısı kimi yüksək dəyərləndiriblər.
Görüş-qəbulda rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Keçidlər