Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağlı kənd tam orta məktəbində Dövlət Müstəqilliyi Günü qeyd olunmuşdur.

18 oktyabr 2019 | 16:00

        17 oktyabr 2019-cu il tarixdə Qaradağlı kənd tam orta məktəbində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi səkkizinci ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru İngilis Tağıyev açaraq bildirmişdir ki, Azərbaycan bütün çətinliyə, 70 illik zülm və əsarətə baxmayraq 1991-ci ilin oktyabr ayının 18-də müstəqilliyini yenidən bərpa etmiş, özünün suverən dövlətini yaratmışdır. Ancaq zamanın axarı ölkəmizi daha böyük sınağa çəkdi. Çətinliklər bahasına əldə etdiyimiz müstəqilliyimiz daxili çəkişmələr və xarici qüvvələrin müdaxiləsi nəticəsində təhlükə ilə üz-üzə qalmışdı. Böyük siyasi təcrübəyə malik olan Ümummilli Lider Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə tamamilə sovuşdu.
       Tədbirdə məktəbin şagirdlərinin ifasında Milli Müstəqillik Gününə həsr edilmiş kompozisiya nümayiş etdirildi.

Keçidlər