Şriftin ölçüsü :

Saytın rəngi :

"Uşaqlara qayğıyla yanaşaq" adlı tədbir keçirilib

05 noyabr 2019 | 16:00

      Ölkəmiz tərəfindən ratifikasiya olunmuş Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının növbəti ildönümü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Elmira xanım Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr - 20 noyabr tarixlərində keçirilən "Uşaq hüquqları aylığı" çərçivəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə Xocavənd rayon Kuropatkin kənd uşaq bağçasında “Uşaqlara qayğıyla yanaşaq” başlığı altında əyləncəli tədbir keçirilmişdir. Tədbirdə hər bir millətin, hər bir ölkənin ən dəyərli sərvəti olan uşaqların cəmiyyətimizdə mənəvi və fiziki sağlamlığının qorunması, hüquq və azadlıqlarının təmin edilməsi, uşaqların xoşbəxt böyüməsi üçün respublikamızda aparılan uğurlu dövlət siyasətindən danışıldı, həmçinin uşaqların hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsini, ayrı-seçkiliyin yolverilməzliyini, xalqımızın milli-mənəvi dəyərlərini və uşaq hüquqlarını təbliğ edən çıxışlar səsləndirilmişdir.

          Daha sonra tədbir uşaqların ifasında şeir, mahnı və səhnəciklərlə davam etdi.

 

Keçidlər