Şriftin ölçüsü :

Saytın rəngi :

Nigar Mövsümlü ilə görüş keçirilmişdir.

13 dekabr 2019 | 16:00

     13 dekabr 2019-cu il tarixdə Rayon Mədəniyyət evində ABŞ-ın Harvard Univeristetinin tələbəsi Nigar Mövsümlü ilə görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, Xocavənd rayon ümumtəhsil müəssisələrinin şagird, müəllim kollektivi və fəal gənclər iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan başçının müavini Əfsanə Quliyeva Nigar Mövsümlünü təbrik etmiş,onun bu nailiyyətinin xocavəndlilər tərəfindən çox böyük sevinclə qarşılandığını bildirdi. Görüşdə çıxış edən Nigar Mövsümlü Harvard Universitetinə gedən təhsil yolundan danışdı və gənclərə öz tövsiyələrini verdi . Tədbir gənclərin sualları ətrafında müzakirələrlə davam etdi.

Keçidlər