Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Qaradağ rayonunda məskunlaşan rayon sakinləri ilə səyyar qəbulu keçirilmişdir.

17 yanvar 2020 | 16:00

            Prezident İlham Əliyevin idarəçiliklə əlaqədar tövsiyə etdiyi prinsiplərə uyğun olaraq əhalinin problemlərinin yerində öyrənilməsi və həlli yollarının araşdırılması məqsədi ilə Xocavənd Rayon İcra Hakimiyyəti səyyar qəbullar keçirir. Növbəti qəbul Qaradağ rayonu Qobu Park-2 yaşayış massivində oldu. Görüşdə İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti müstəqilliyimizin möhkəmləndirilməsinə, Azərbaycan xalqının rifahını təmin edilməsinə, tərəqqi, demokratiya yolunda addımlayaraq dövlətimizi daha xoşbəxt gələcəyə aparmağa istiqamətlənmişdir. Müstəqillik yollarında Cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Müstəqil Azərbaycan Respublikası günü-gündən güclənir, bütün sosial sferalarda böyük uğurlara imza ataraq, irəliyə uğurla addımlayır. Başçı həmçinin yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətini diqqətə çatdıraraq bildirmişdir ki, bu cür qəbullar əhalinin qayğı və problemlərinin öyrənilməsinə və operativ həllinə imkan verir.
            Görüşdə vətəndaşlar dinlənildi və qaldırılmış problemlərin həlli üçün müvafiq tapşırıqlar verildi.

 

Keçidlər