Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti İlham Əliyevin tarixi faktlara, sənədlərə istinadən beynəlxalq tribunalardan səsləndirdiyi Azərbaycan həqiqətləri ermənilərin əsrlər boyu dünyaya yaydıqları tarixi yalanları hər gün bir az daha artıq ifşa etməkdədir.

08 iyul 2020 | 16:00

    Azərbaycan Prezidenti İlham Əliyevin tarixi faktlara, sənədlərə istinadən beynəlxalq tribunalardan səsləndirdiyi Azərbaycan həqiqətləri ermənilərin əsrlər boyu dünyaya yaydıqları tarixi yalanları hər gün bir az daha artıq ifşa etməkdədir. Bu həqiqətlər sırasında son iki əsrdə Cənubi Qafqazda yeridilən erməniləşdirmə siyasəti nəticəsində bölgəyə və bölgə xalqlarına gətirilən çoxlu bəlalar, münaqişə, müharibə, deportasiya və soyqırımları xüsusi yer tutur.
   1918-ci ildə Azərbaycan torpaqları hesabına Ararat Respublikası adı ilə tarixdə ilk dövlətlərini yaratmaq fürsəti əldə edən ermənilər dərhal öz əsl simalarını ortaya qoydular və onlara bu fürsəti verən region xalqlarına, ilk növbədə ərazinin yerli sakinləri olan azərbaycanlılara qarşı kütləvi soyqırımı həyata keçirməyə, dinc əhalini qəddarlıqla və kütləvi şəkildə məhv etməyə başladılar. Sonra tarixi mənbələr saxtalaşdırıldı, bu ərazilərdə nə varsa, hamısı mənimsənildi, abidələrimiz, toponimlərimiz erməniləşdirildi.

   https://azertag.az/xeber/Prezident_Ilham_Aliyevin_chagirisina_uygun_olaraq_YAP_terefinden_Qerbi_Azerbaycanda_soyqirimina_meruz_qalmis_toponimlerimiz_kitabi_nesr_olunub-1530761

Keçidlər