Şriftin ölçüsü :

Saytın rəngi :

"Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamalı və pisləməlidir"

15 iyul 2020 | 16:00

       Tahirə Məmmədova :"Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamalı və pisləməlidir"
Ermənistan hərbi bölmələri iyulun 12-dən başlayaraq növbəti dəfə təxribata əl atdılar.Azərbaycan Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində mövqeylərimizi ələ keçirməyə cəhd göstərdilər. Ermənistan tərəfdən edilən hücuma ən yaxşı cavabı Azərbaycan Silahlı Qüvvəlləri verib, verir və verəcək. Biz bu əzmi çoxda uzaq olmayan tarixdə  2016-cı il aprelin əvvələrində, 2018-ci il mayın sonlarında Günnüt istiqamətində görmüşük və bu günlərdə Tovuzda da gördük. Artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd edən düşmən Azərbaycan ordusunun həyata keçirdiyi əks hücum nəticəsində laiqli cavabların aldılar. Şəhid ölməz vətən bölünməz - bu heç cür inkar olunmayan bir aksiomadır. Tarix boyunca Azərbaycanın başına gələn müsibətlərdən, bəlalardan alnıaçıq üzü ağ çıxması bu dəfə də Azərbaycanın yeni tarixində hər dəfə süquta yetirilir.Biz bu hadisələrlə üzləşdikcə qarşılaşdıqca Azərbaycan əsgərinin hansı səviyyədə vətəninə bağlılığından söhbət açırıq və bunu sübuta yetirəcək hadisələri diqqətə çatdırırıq. Ötən iki gün ərzində COVID-19 la mübarizədə Azərbaycan gözəgörünməz düşmənlə yeni bir hədiyyan, məkir, təxribatla qarşılaşdı. Ermənistan silahlı qüvvələrinin Azərbaycan bölgələrinə yenə artilleriya atəşinə tutmasi ve bu mekirli siyasətin arxasında hansı gözəgörünməz və gözə görünən məsələlərin ortalıqda olması hə bir kəsə - Azərbaycan vətəndaşına açıq - aydın məlumdu. 12 iyulda Tovuzda baş verən döyüşlər,bu iki gündə gələn şəhid xəbərləri hər bir ana kimi məni də çox sarsıtdı. Döyüş xəbəri bütün Azərbaycanı sirkələdi.Bu da Azərbaycan xalqının vətənpərvərliyindən və birliyindən xəbər verir. Azərbaycan əsgəri hər bir zaman döyüşə hazırdı. Bizim Ali Baş Komandan əgər döyüş əmri verərsə,bütün xalq ayağa qalxar. Göründüyü kimi bu günlər Azərbaycanın bütün bölgələrindən hər kəs döyüşə hazır olduğunu göstərdi. Azərbaycan Cənubi Qafqazda sözünü demiş və ən güclü nizami orduya sahib bir Demokratik ölkədir. Tovuz hadisələrində 4 şəhid verdik. Şəhid anaları bu ağrının nə qədər böyüklüyünü daha yaxşı bilirlər. Həmin gün biz itgi verdiksə də bir qarış torpağımızı da vermədik. Cavab atəşiylə düşmən ağır itgi verilərək geriyə çəkildi. Tovuzun döyüş gedən bölgəsində ölümdən qorxmayan xalq öz yurdlarını tərk etmədən əsgərlərimizə ruh yüksəkliyi verdilər.     Eşit əsgər qardaşım, bu vətən səninkidir.Bu yurd bu yer, bu torpaq səninkidir mənim əsgər qardaşım, möhkəm dayan yerində. Qoy sənin əsgərinlə üç rəngli bayrağımız daim dalğalansın vətən göylərində. Alqış yurdu torpağı qoruyanlara. Alqış azad, müstəqil böyük Azərbaycana.
             Şəhid analarımıza baş sağlığı verir, onlara səbir dözüm diləyirəm.Düşmən qarşısında heç vaxt gücsüz görünməyin. Siz qürur duyun ki, övladınızı vətən üçün, onun şərəfini ucaltmaq üçün bəslədiniz ona görə də siz şərəfli qürurlu analarsınız. Siz inanın ki, bizim güclü ordumuz bu qisası yerdə qoymayacaq gec tez qələbə sevincini sizlərə, bizlərə yaşadacaq. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamalı və pisləməlidir.
          Tahirə Məmmədova
           Salakətin kənd tam orta məktəbinin müəllimi

Keçidlər