2016-сı ilin yanvar-dekabr aylarında
Xocavənd Rayonunda sosial iqtisadi inkişafa dair təhlil
Ümumi məhsul buraxılışı- 2016-сı ilin yanvar-dekabr aylarında rayon iqtisadiyyatının bütün sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 9584,7 min manat təşkil etmişdir. Məhsul xidmətlərinin 96,6 faizi istehsal sahələrinin, 3,4 faizi isə xidmət sahələrinin payına düşmüşdür. 2017-ci ilin 01 yanvar vəziyyətinə kənd təsərrüfatı sahəsində 8918,4 min manatlıq və ya ümumi məhsulun 93,0 faizi, sənayedə 346,0 min manatlıq və ya ümumi məhsulun 3,6 faizi, tikinti və quraşdırmada 252,0 min manat və ya ümumi məhsulun 2,7 faizi, informasiya və rabitədə 23,0 min manat və ya ümumi məhsulun 0.2 faizi, ticarətdə 45,3 min manat və ya ümumi məhsulun 0,5 faizə qədər məhsul və xidmətlər istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatının bütün sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmində 9,7 faiz artım müşahidə edilmişdir.
Sənaye müəssisələri üzrə- Xocavənd rayonunun sənayesi əsasən suyun bölüşdürülməsi sahəsi üzrə fəaliyyət göstərir. Rayonun sənaye müəssisəsi tərəfindən yanvar-dekabr ayları ərzində istehsal olunmuş məhsulun (işin, xidmətin) həcmi faktiki qiymətlərlə 346 min manat olmuşdur. 2017-ci ilin 01 yanvar vəziyyətinə sənaye müəssisəsində çalışan muzdlu işçilərin sayı 54 nəfər təşkil etmiş, işləyənlərin orta aylıq nominal əmək haqqı 241.6 manat olmuşdur.
Sənayenin məhsul buraxılışı diaqrammada keçən illərin müvafiq dövrləri ilə müqayisəli olaraq aşağıdakı kimi olmuşdur.
Tikinti müəssisələri üzrə- 2016-cı ilin yanvar-dekabr aylarında rayonda tikinti müəssisəsi tərəfindən göstərilmiş və istehsal olunmuş məhsulun (işin, xidmətin) həcmi faktiki qiymətlərlə 252 min manat olmuşdur. Tikinti müəssisəsində muzdla işləyənlərin orta siyahı sayı 47 nəfər, onların orta aylıq nominal əmək haqqı isə 272,7 manat təşkil etmişdir. Tikintinin məhsul buraxılışı diaqrammada keçən illərin müvafiq dövrləri ilə müqayisəli olaraq aşağıdakı kimi olmuşdur.
Nəqliyyat və anbar təsərrüfatları üzrə- 2016-cı ilin yanvar-dekabr aylarında rayonda poçt müəssisəsi tərəfindən göstərilmiş və istehsal olunmuş məhsulun (işin, xidmətin) həcmi faktiki qiymətlərlə 23,0 min manat olmuşdur. Rabitə müəssisəsində muzdla işləyənlərin orta siyahı sayı 8 nəfər, onların orta aylıq nominal əmək haqqı isə 210,7 manat təşkil etmişdir.
Kənd təsərrüfatı üzrə- Xocavənd rayonunun iqtisadiyyatında taxılçılıq, tərəvəzçilik, bostan məhsulları becərilməsi aparıcı rol oynayır. Kənd təsərrüfatında məhsul buraxılışı diaqrammada keçən illərin müvafiq dövrləri ilə müqayisəli olaraq aşağıdakı kimi olmuşdur.
Hər il olduğu kimi 2016-cı il iyun ayının 1-i vəziyyətinə bütün təsərrüfat kateqoriyaları üzrə cari ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahələrinin qəti uçotu keçirilmişdir. Keçən ilin payızında suvarılan və suvarılmayan sahələrdə dən, yaşıl yem və cari ilin məhsulu üçün rayonda 6667,9 hektar sahədə əkin işləri aparılmışdır. Əkin sahələri keçən ilə nisbətən 659 hektar və ya 10,9% artmışdır. 2016-cı il 01 iyun vəziyyətinə rayon ərazisində aparılmış əkin sahəsinin 5883,9 hektar buğda, 248,5 hektar arpa, 17 hektar kartof, 86,6 hektar tərəvəz, 30 hektar ərzaq üçün bostan bitkiləri, 1,2 hektar qarğıdalı, 400,7 hektar cari və keçmiş illərdə əkilmiş çoxillik otlar olan yonca sahəsi təşkil edir. Rayonda 2016-cı ilin məhsulu üçün əkin sahələrinin 88,3% buğda, 3,6% arpa, 0,3% kartof, 1,3% tərəvəz, 0,5%-i bostan bitkiləri, 6%-i çoxillik otlar olan yonca sahəsi təşkil etmişdir. Keçən illə müqayisədə əkin sahələrinin strukturu aşağıdakı kimi olmuşdur.
|
|
2015 |
2016 |
Fərq |
|
|
|
+ - |
% |
||
1 |
Cəmi əkin |
6008,9 |
6667,9 |
+659 |
111,0 |
|
O cümlədən payızlıq dənlilər |
5474 |
6132,4 |
+658,4 |
112,0 |
|
Ondan Buğda |
5157 |
5883,9 |
+726,9 |
114,1 |
|
Arpa |
317 |
248,5 |
-68,5 |
78,4 |
2 |
Yazlıq dənlilərin cəmi |
0 |
1,2 |
+1,2 |
100,0 |
|
Qarğıdalı |
0 |
1,2 |
+1,2 |
100,0 |
3 |
Texniki bitkilərin cəmi |
0 |
0 |
0 |
0 |
|
Şəkər çuğunduru |
0 |
0 |
0 |
0 |
4 |
Kartof tərəvəz və bostan bitkilərinin cəmi |
126,5 |
133,6 |
+7,1 |
105,6 |
|
Kartof |
15 |
17 |
+2 |
113,3 |
|
Tərəvəz |
89 |
86,6 |
-11,4 |
97,3 |
|
Bostan bitkiləri |
22,5 |
30 |
+7,5 |
133,3 |
5 |
Çox illik otların cəmi |
408,4 |
400,7 |
-7,7 |
98,1 |
|
Cari ilin çoxillik otları |
53,7 |
4,7 |
-49 |
8,7 |
|
Keçmiş illərin çoxillik otları |
354,7 |
396 |
+41,3 |
111,6 |
|
|
|
|
|
|
Əkin sahələrinin strukturu ümumi əkin sahəsinə nisbətən faizlə aşağıdakı diaqrammada öz əksini tapmışdır.
Cari ildə fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında məhsul yığımı aşağıdakı kimi olmuşdur.
Göstəricinin adı |
Ölçü vahidi
|
||
Hektar |
Sentner |
||
Payızlıq və yazlıq dənlilər |
6132,4 |
183680 |
|
ondan Buğda |
5883,9 |
177220 |
|
Arpa |
248,5 |
6460 |
|
Qarğıdalı |
1,2 |
42 |
|
Kartof |
17 |
1955 |
|
Tərəvəz |
86,6 |
8206,3 |
|
Meyvə |
16 (adda) |
4400,0 |
|
Taxılın məhsuldarlığı 30 sentner, o cümlədən buğda 30,1 sentner, arpa isə 26 sentnerden, kartof 115 sentner, tərəvəzin məhsuldarlığı isə 95 sentnerdən və 2121 ton meyvə əldə edilmişdir. Əlavə olaraq rayon ərazisində 94 hektar yaşıl yem üçün təkrar əkin işləri görülmüşdür.
Növbəti ilin məhsulu üçün təmiz herik şumunu da daxil etməklə payızlıq əkin üçün 5750 hektar şum qaldırılmışdır ki, ondan da 5500 hektar buğda və 127 hektar arpa səpini işləri yerinə yetirilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsullarının istehsalı aşağıdakı kimi olmuşdur.
|
istehsal edilmişdir |
+ - |
% |
|
2015 |
2016 |
|||
Ət diri çəkidə (sentnerlə) |
3050 |
4806 |
1756 |
157,6 |
Süd (sentnerlə) |
16796 |
22000 |
5204 |
130,9 |
Yumurta (min ədədlə) |
295 |
427 |
132 |
144,7 |
Yun (sentnerlə) |
362 |
495 |
133 |
117,9 |
Hal-hazırda rayonda mövcud mal-qaranın sayı 2159 baş, qoyun və keçinin sayı 16004 baş, bütün növdən olan quşların sayı 29869 baş təşkil edir. Son illərdə mal-qaranın baş sayının artım və azalma dinamikası aşağıdakı kimi olmuşdur.
|
2005 |
2006 |
2007 |
2008 |
2009 |
2010 |
2011 |
2012 |
2013 |
2014 |
2015 |
2016 |
İri buynuzlu mal-qara |
3207 |
3218 |
3173 |
2158 |
1808 |
1870 |
1946 |
2163 |
2014 |
1966 |
2035 |
2159 |
İnək və camış |
1688 |
1692 |
1648 |
961 |
797 |
869 |
881 |
937 |
1010 |
1042 |
1073 |
1117 |
Qoyun və keçi |
54010 |
54150 |
51247 |
24364 |
19639 |
18813 |
12519 |
14525 |
14072 |
14015 |
15200 |
16004 |
Demoqrafik göstəricilər üzrə- 2017-ci il 01 yanvar vəziyyətinə rayon əhalisinin sayı 43,3 min nəfərə çatmışdır ki, onlardan da 12,3 min nəfərini milliyətcə azərbaycanlı olan məcburi köçkün əhali təşkil edir. Əhalinin ümumi artımı 189 nəfər olmuşdur. . Bunlardan da 132 nəfəri təbii artım, 57 nəfəri miqrasiyanın payına düşür. Cari ilin 01 yanvar vəziyyətinə doğulanlar 198 nəfər, ölənlər 66 nəfər, gələnlər 195 nəfər, gedənlər 138 nəfər, nikah 30 , boşanma 10 olmuşdur.
Əvvəlki illərin müvafiq dövrləri ilə müqayisəli olaraq demoqrafik göstəriciləri aşağıdakı kimidir.
İnzibati xətalar üzrə- 2016-ci ildə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan əlaqədar orqanlar tərəfindən 111 inzibati xəta aşkar edilmişdir ki, bu da 2015-ci ilə nisbətən 0,9 faiz çox olmuşdur. Barəsində inzibati xətalar haqqında işlər üzrə qərar çıxarılmış şəxslərin sayı 111 nəfər təşkil edir. Onlardan nəqliyyat vasitəsi sahibinin üçüncü şəxs qarşısında öz mülki məsuliyyətini sığortalamadan nəqliyyat vasitəsini idarə etməyə görə 1 nəfər, Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə 2 nəfər, zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 1 nəfər, zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə 1 nəfər, yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsinə görə 52 nəfər, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə-1 nəfər, Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-9 nəfər, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səsküyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə-3 nəfər, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə-2 nəfər, İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə 1 nəfər, Şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət sənədinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərinin itirilməsi və ya qəsdən korlanmasına görə-37 nəfər, Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə- 1 nəfər olmaqla inzibati xəta qeydə alınmışdır. Hesabat dövründə barəsində inzibati tənbeh tətbiq olunmuş 111 şəxs olmaqla cərimə edilən 99 nəfərdən ümumilikdə 4124,0 manat məbləğində cərimə ödənilmişdir.
Təhsil üzrə- Ümumtəhsil məktəblərdə 2016/2017 tədris ilində rayonda 17 dövlət gündüz ümumtəhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan da 4 ibtidai, 2 ümumi orta, 11 tam orta məktəb olmuşdur. Ümumtəhsil məktəblərində 2052 nəfər şagird təhsil alır ki, onların da 36 nəfəri (1,7%) ibtidai məktəblərin, 43 nəfəri (2,1%) ümumi orta məktəblərin, 1973 nəfər (96,2%) şagird tam orta məktəblərin payına düşür. İkinci növbədə oxuyan şagirdlərin sayı 269 şagird olmuşdur. Təhsil alan şagirdlərin 867 nəfərini və ya 42,2%-i qızlar təşkil edir. Şagirdlərin ümumi sayından evdə fərdi təhsil alanların sayı 24 nəfər (1.2%) olmuşdur. Şagirdlərin buraxdığı dərs günlərin sayı 1833, о cümlədən xəstəliyə görə 401, digər səbəblərə görə isə 1432 dərs günləri qeydə alınmışdır.
|
2015/2016 |
|
2016/2017 |
||||
Cəmi |
onlardan |
Cəmi |
onlardan |
||||
Şəhər |
Kənd |
Şəhər |
Kənd |
||||
Məktəblərin sayı – cəmi |
17 |
-- |
17 |
|
17 |
-- |
17 |
ibtidai |
4 |
-- |
4 |
|
4 |
-- |
4 |
əsas |
2 |
-- |
2 |
|
2 |
-- |
2 |
orta |
11 |
-- |
11 |
|
11 |
-- |
11 |
Şagirdlərin sayı – cəmi, nəfər |
1927 |
-- |
1927 |
|
2052 |
-- |
2052 |
o cümlədən: |
|
|
|
|
|
|
|
ibtidai məktəblərdə |
38 |
-- |
37 |
|
36 |
-- |
36 |
ümumi orta məktəblərdə |
53 |
-- |
53 |
|
43 |
-- |
43 |
tam orta məktəblərdə |
1836 |
-- |
1836 |
|
1973 |
-- |
1973 |
Iki növbəli müəssisələrin sayı |
-- |
-- |
-- |
|
2 |
-- |
2 |
Ikinci növbədə oxuyan şagirdlərin sayı |
326 |
-- |
326 |
|
269 |
-- |
269 |
Şagirdlərin ümumi sayından evdə fərdi təhsil alanların sayı |
19 |
-- |
19 |
|
24 |
-- |
|
Ümumtəhsil müəssisələrində İKT və onlardan istifadə edilməsi haqqında məlumat aşağıdakı kimi olmuşdur.
|
Cəmi |
Ibtidai Məktələrdə |
Ümumi orta məktəblərdə |
Tam orta məktəblərdə |
Kompüterləri olan məktəblərin sayı: |
12 |
- |
1 |
11 |
Cəmi |
12 |
- |
1 |
11 |
Onlardan İnternetə çıxışı olanlar |
3 |
- |
- |
3 |
Kompüterlərin sayı |
47 |
- |
1 |
46 |
İnternetə qoşulan kompüterlərin sayı |
29 |
- |
- |
29 |
Müəssisələrdə internetdən istifadə etmiş şagirdlərin ümumi sayı |
605 |
- |
- |
605 |
Kompüter siniflərinin sayı |
3 |
- |
- |
3 |
Rayonun ümumtəhsil məktəblərində 470 nəfər çalışır və onların da 372 nəfərini və ya 79,1%-ni qadınlar təşkil edir. Müəllimlərin sayı (məktəb rəhbərlərindən başqa) 274 nəfər, onların da 228 nəfəri və ya 83,2%-i qadınlardır. Rayonun ümumtəhsil məktəblərində çalışan işçilərin orta aylıq əmək haqqı 286,2 manat təşkil etmişdir.
Mədəniyyət və Turizm üzrə- Rayon əhalisinə 15 klub və mədəniyyət evləri, 6 kitabxana xidmət göstərir. Mədəniyyət və Turizim şöbəsi işçilərinin sayı 166 nəfər olmaqla orta aylıq əmək haqqı 196,7 manat təşkil etmişdir.
|
2012 |
2013 |
2014 |
2015 |
2016 |
Mədəniyyət (ilin sonuna) Kütləvi kitabxanaların sayı, |
20 |
19 |
13 |
6 |
6 |
Onlardan kitab fondu ,min nüsxə ilə |
39.9 |
40,2 |
41,3 |
42.0 |
42.5 |
Əhalinin hər 1000 nəfərinə |
945 |
948 |
969 |
979 |
985 |
Klub müəssisələrinin sayı |
20 |
20 |
20 |
15 |
15 |
|
2012 |
2013 |
2014 |
2015 |
2016 |
Həkimlərin sayı, nəfərlə |
34 |
31 |
31 |
30 |
29 |
Xəstələrə xidmət edən kiçik tibb bacıları
|
121 |
136 |
103 |
136 |
146 |
Orta tibb heyəti
|
125 |
103 |
145 |
103 |
100 |
Təcili yardım avtomobillərinin sürücüləri |
8 |
8 |
8 |
8 |
8 |
Xəstəxanaların sayı
|
4 |
4 |
4 |
4 |
4 |
Xəstəxana çarpayılarının sayı |
180 |
180 |
180 |
180 |
180 |
Əhaliyə ambulator - poliklinika yardımı göstərən müalicə müəssisələrinin sayı |
7 |
7 |
7 |
7 |
7 |
Səhiyyənin göstəriciləri üzrə- Rayon Mərkəzi xəstəxanasında ümumilikdə 283 nəfər fəaliyyət göstərir. Xəstəxanada 29 həkim, Xəstələrə xidmət edən kiçik tibb bacıları 146 nəfər, orta tibb heyəti 100 nəfər, təcili yardım avtomobillərinin sürücüləri 8 nəfər olmaqla işçi heyəti çalışır. İşçilərin 82.3%-i qadınlardır. Onların orta aylıq əmək haqqı 194,6 manat təşkil etmişdir.
Pensiya təminatı üzrə- 2017-ci il 01 yanvar vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunun Xocavənd Rayon şöbəsində 1117 nəfər pensiyaçı qeydiyyatda olmuş, onlara təyin olunmuş aylıq pensiyaların orta məbləği 177,72 manat təşkil etmişdir. Pensiyalara və müavinətlərə dair məlumatlar aşağıdakı qaydada olmuşdur.
|
Cəmi |
Onlardan işləyənlər |
Cəmi pensiyaçılar - nəfər |
1117 |
95 |
O cümlədən |
|
|
yaşa görə |
587 |
50 |
əlilliyə görə |
497 |
45 |
Ailə başçısını itirməyə görə |
33 |
- |
Pensiyaların orta məbləği - manat |
177,72 |
- |
Əhaliyə dövlət tərəfindən verilən ayrı ayrı müavinətlər |
27 |
Uşağın anadan olmasına görə birdəfəlik müavinət |
16 |
3 yaşına çatmayan uşaqlara qulluqla əlaqədarmüavinət |
54 |
Dəfin üçün müavinət |
10 |
Müvinətin orta məbləği |
285,4 |
Əhalinin Sosial Müdafiə Nazirliyinin Xocavənd rayon şöbəsi tərəfindən 2017-сi ilin 01 yanvar vəziyyətinə aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 121 nəfər olmaqla, bir nəfərə düşən orta aylıq müavinətin məbləği 35,09 manat, ünvanlı dövlət sosial yardımı alan ailələ üzvlərinin sayı 513 nəfər olmaqla, onlardan 124 nəfərini qadınlar, 316 nəfərini isə 18 yaşınadək uşaqlar təşkil edir. Müavinətlər və sosial yardımlara dair məlumatlar aşağıdakı kimi olmuşdur.
Göstəricinin adı |
Ailələrin sayı |
Ailə üzvlərinin sayı, nəfər |
Ailənin orta ölçüsü, (nəfər) |
Təyin olunmuş ünvanlı dövlət sosial yardımının ümumi məbləği (manat) |
1 nəfərə düşən ünvanlı dövlət sosial yardımın məbləği (manat) |
||
o cümlədən: ünvanlı dövlət sosial yardımı təyin olunmuş ailə üzvlərinin sayı |
onlardan: |
||||||
qadınlar |
18 yaşınadək uşaqlar |
||||||
A |
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
Ünvanlı dövlət sosial yardımı |
121 |
513 |
124 |
316 |
4.2 |
18002,79 |
35,09 |
01.01. 2017-ci il tarixə təyin olunmuş sosial müavinətlər |
Sosial müavinat alanlar (nəfərlə) |
Bir nəfərə düşən aylıq məbləğ (manatla) |
Cəmi |
522 |
54,2 |
O cümlədən |
|
|
Yaşa görə |
1 |
66,0 |
Əlilliyə görə |
119 |
54,89 |
Sağlamlım imkanları məhdud 18 yaşadək uşaqlara |
70 |
74,0 |
Ailə başçısını itirilməsinə görə müavinət alanlar |
19 |
61,0 |
Kommunal nəqliyyat və digər xidmətlərə görə |
297 |
49,13 |
1 yaşadək uşağı olan ailələrə |
7 |
50,0 |
Yetim və valideyin himayəsindən məhrum olmuş uşaqların qəyyumları |
1 |
55,0 |
Birdəfəlik müavinət təyin olunanların sayı |
116 |
173,3 |
O cümlədən |
|
|
Uşağın doğulmasına görə müavinət alan ailələrin sayı |
51 |
99,0 |
Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkərək əlil olmuş şəxslər |
2 |
215,0 |
Dəfn üçün müavinət |
1 |
132 |
Qarabağ əlillərinə |
17 |
145,58 |
Hərbi xidmət zamanı əlil oanlar |
- |
- |
Şəhid ailələrinə |
62 |
220,0 |
Həbs |
2 |
420 |
İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə olan məlumata əsasən 2017-ci il yanvarın 1-i vəziyyətinə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1430 nəfər olmuş, onlardan 1424 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 6 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 40,9%-i təhsil, 5,8%-i sənaye, 19,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 15,2%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,9%-i tikinti, 0,6%-i nəqliyyat və anbar təsərrüfatı, 1,3%-i peşə, elmi və texniki fəaliyyət, 2,6%-i kənd təsərrüfatı, 0,5%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2016-cı ildə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0% artaraq 263,6 manat olmuşdur.
Məşğulluq və işsizlik üzrə- İqtisadi fəal əhali-17300 nəfər olmaqla, məşğul əhali 16120 nəfər, işsiz əhali 1181 nəfər, iqtisadi qeyri fəal əhali 7903 nəfər təşkil edir. Əhalinin iqtisadi fəallığının səviyyəsi 68,6%, məşğulluğun səviyyəsi 93,2%, işsizliyin səviyyəsi isə 6,8% olmuşdur. İqtisadi fəal əhalinin 50,7%-ni kişilər, 49,3%-ni isə qadınlar təşkil edir. Rayonda muzdla işləyən əhalinin orta aylıq əmək haqqı 263,6 manat olmuşdur. İqtisadi fəal o cümlədən məşğul, işsiz əhali, iqtisadi və qeyri- fəal əhali haqqında məlumatlar aşağıdakı cədvəldəki kimi səciyələndirilmişdir.
15 yaş və yuxarı yaşda olan iqtisadi fəal və iqtisadi qeyri-fəal əhali |
Cinsi |
İqtisadi fəal əhali |
o cümlədən |
İqtisadi qeyri-fəal əhali |
Əhalinin iqtisadi fəallığının səviyyəsi, %-lə |
Məşğul- luğun səviyyəsi, %-lə |
İşsizliyin səviyyəsi, %-lə |
|
məşğul əhali |
işsiz əhali |
||||||
Cəmi |
17300 |
16120 |
1181 |
7903 |
68,6 |
93,2 |
6,8 |
kişilər |
8780 |
8156 |
625 |
3095 |
73,9 |
92,9 |
7,1 |
qadınlar |
8520 |
7964 |
556 |
4808 |
63,9 |
93,5 |
6,5 |
Kənd yerləri |
17300 |
16120 |
1181 |
7903 |
68,6 |
93,2 |
6,8 |
kişilər |
8780 |
8156 |
625 |
3095 |
73,9 |
92,9 |
7,1 |
qadınlar |
8520 |
7664 |
556 |
4808 |
63,9 |
93,5 |
6,5 |
Yeni iş yerləri Cari ilin 01 yanvar vəziyyətinə rayonda 82 yeni iş yeri açılmışdır. Onlardan yeni yaradılmış müəssisə və təşkilatlarda 1 nəfər, mövcud müəssisə və təşkilatlarda 24 nəfər və 57 nəfər isə isə fiziki şəxslərdə olmuşdur. Xocavənd Rayonu üzrə 2016-ci ilin əvvəlindən yeni açılmış iş yerləri haqqında məlumatlar aşağıda göstərilən cədvəldəki kimi olmuşdur.
Göstəricilərin adı |
Sətrin №-si |
İlin əvvəlindən(vahid) |
Yeni açılmış iş yerlərinin sayı |
01 |
82 |
Daimi iş yerləri |
* |
82 |
Yeni yaradılmış müəssisə və təşkilatlarda |
02 |
1 |
Mövcud müəssisə və təşkilatlarda |
03 |
24 |
Fiziki şəxslərdə |
05 |
57 |
|
|
Xocavənd Rayon büdcəsinin gəlirləri 2016-cı ilin yanvar-dekabr aylarında 747,0 min
manat təşkil edilmişdir. Büdcənin gəlirləri keçən ilin müvafiq dövrləri ilə müqayisəli olaraq aşağıdakı kimi olmuşdur.