Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil

 

               Təhsil

Bu gün müstəqil Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət göstərilir. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Təhsil İslahatı Proqramı bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsil sahəsində imzaladığı fərman və sərəncamlarla, həyata keçirilən proqramlarla uğurla davam etdirilir.   Respublikanın hər bir vətəndaşının keyfiyyətli və fasiləsiz təhsil alması imkanının təmin edilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün şəraitin yaradılması dövlətin təhsil siyasətinin prioritet sahələrindəndir. Xocavənd rayonunun  ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri tərəfindən də təhsilin  məzmununun yeniləşdirilməsi, keyfiyyətcə yaxşılaşdırılması, gənc nəslin bir şəxsiyyət kimi formalaşdırılması, vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində  mütəmadi olaraq  işlər görülmüşdür.
        2017-ci ilin müvafiq dövrü ərzində Xocavənd Rayon Təhsil Şöbəsinin nəzdində 17 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bunlardan 11-i orta, 2-si əsas, 4-ü isə ibtidai məktəblərdir. Eyni zamanda 3 uşaq bağçası və 2 məktəbdənkənar müəssisə vardır. 2016-2017-ci tədris ilində bütün ümumtəhsil məktəbləri üzrə təhsilə cəlb edilmiş 2052  nəfər (2015-2016-ci tədris ilində 1921) şagirdin təlim-tərbiyəsi ilə 310 müəllim məşğul olmuşdur.
        Rayon ümümtəhsil məktəblərinin şagirdləri 2017-ci il ərzində müxtəlif müsabiqə və olimpiadaların qalibi olmuşlar. Belə ki, 2017-ci ilin yanvar  ayında  Rayon Təhsil Şöbəsinin şəbəkəsinə daxil olan ümumtəhsil məktəblərində fənn olimpiadasının ikinci rayon turu keçirilmişdir. Turnirin nəticələrinə uyğun olaraq 18  şagird yüksək nəticə göstərərək  yarımfinala vəsiqə qazanmışdır. 11 mart 2017-ci ildə keçirilmiş Respublika fənn olimpiadalarının yarımfinal turunda Xocavənd rayon 2 saylı tam orta məktəbin  IX  sinif şagirdi Azərbaycan  dili fənnindən Respublika turuna vəsiqə qazanmışdır.
16 mart 2017-ci il tarixdə Xocavənd Rayon Təhsil Şöbəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən Azərbaycan  xalqının dahi oğlu, qüdrətli dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü ilə əlaqədar  “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilmişdir. Həmin müsabiqədə Salakətin kənd tam orta məktəbinin X sinif şagirdi Şirinova Xədicə Elburus qızı I yer tutaraq Respublika mərhələsində iştirak hüququ qazanmışdır.
Cənab  Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsində Xocavəndli məktəblilər də iştirak etmişdir. 23-26 mart 2017-cı il tarixlərində Quba-Qusar-Xaçmaz marşrutu üzrə Xocavənd rayonundan 20 şagird və 2 nümayəndənin  iştirakı təmin edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin  2015-ci il 19 yanvar tarixli  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na əsasən rayonda hər bir təhsil müəssisəsinin internetlə təmin edilməsi,  təhsil muəssisələrinin reytinq sisteminin yaradılması, təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması sahəsində dövlət siyasətinin icrası qarşıya əsas məqsəd kimi qoyulmuşdur. Həmçinin Fəaliyyət Planında nəzərdə tutulduğu kimi, əsas prioritet istiqamətlərdən olan məktəbəqədər təhsil müəssisələrinin yaradılması,  erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması,  məktəbəqədər təhsil üzrə nümunəvi kurikulumların tətbiqi  qarşıda duran əsas vəzifələrdir. 2016-2017-ci tədris ilindən 5 yaşlı uşaqların məktəbə hazırlıq təhsili təşkil edilərək fəaliyyətə başlamışdır ki,   7 məktəb üzrə 101 nəfər 5 yaşlı  uşaq həmin məktəbəhazırlıq qruplarına cəlb edilmişdir.

 

Keçidlər