Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİD BALAKİŞİYEV QARA ƏMİRXAN OĞLU

           

       Ata adı: Əmirxan

      Doğum tarixi: 11.07.1994      

      Şəhid olub: 27.09.2020
      Rütbə: Kiçik çavuş

              Təltifləri

                

 

     Şəhid Balakişiyev Qara Əmirxan oğlu – 11iyul 1994-cü il tarixdə Xocavənd rayon  Əmirallar kəndində anadan olmuşdur. 2000-2011-ci illərdə Xocavənd rayon 4 saylı orta məktəbdə təhsil almış, 2012-ci ildə isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra elə həmin il müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına geri dönür. 2016-cı ildə Azərbaycan ordusunun parlaq qələbəsi ilə bitən, tarixə “Aprel döyüşləri” adı ilə yazılan döyüşlərdə aktiv iştirak edir.Vətən müharibəsinin ilk günündən döyüşlərə atılmış, düşmənin xeyli sayda post və istehkamlarının dağıdılmasında xüsusi şücayət göstərmişdir. O, 27 Sentyabr 2020-ci il tarixdə canını Vətən torpağı uğrunda fəda edərək müqəddəs Şəhidlik zirvəsinə ucalmışdır.Ailəli idi iki övladı yadigar qalmışdır
    Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra     “Füzulinin azad olunmasına görə”  İgidliyə görə” və “Vətən Uğrunda” medalları  ilə təltiv olunmuşdur.    Şəhidin məzarı Xocavənd qəsəbəsində “Şəhidlər” məzarlığındadır.

 

Qara Balakişiyevin Şəhid olmasından 1 il ötür.

ŞƏHİD Qara Balakişiyevin xatirəsi yad edilib.

 

 

 

 

 

 

Keçidlər