Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİD FƏRƏCOV ZÜLFÜQAR MÜSEYİB OĞLU

   

         Soyad: Fərəcov

         Ad: Zülfüqar

        Ata adı: Müseyb
        Doğum tarixi: 27.04.1977
        Şəhid olub: 28.09.2020
        Rütbə:Çavuş
                               

       Təltiflər     

  

 

 


         Şəhid Fərəcov Zülfüqar Museyib oğlu – 27 Aprel 1977-ci ildə Xocavənd rayonu Əmirallar kəndində anadan olmuşdur. 1983-1992-ci illərdə orta təhsil almış,1995-1998-ci illərdə isə həqiqi hərbi xidmətdə olmuşdur. Bir müddət “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətində sonralar isə  Xocavənd rayon suvarma sistemləri idarəsində işləmişdir. 2014-cü ildən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılmış, 2016-ci ilin Aprel döyüşlərində aktiv iştirak etmişdir. O, "İstiqlal" sanyper silahından  ustalıqla istifadə etməyi bacarırdı. Fərəcov Zülfüqar N saylı hərbi hissənin, həmlə taborunun tərkibində Vətən müharibəsinin ilk günündən döyüşlərə atılmış, düşmənin xeyli sayda canlı qüvvəsini  məhv etmiş, post və istehkamlarının dağıdılmasında xüsusi şücayət göstərmişdir. O, 28 Sentyabr 2020-ci il tarixdə canını Vətən torpağı uğrunda fəda edərək müqəddəs Şəhidlik zirvəsinə ucalmışdır.

       Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Füzulinin azad olunması” “Vətən Uğrunda” və “Cəsur döyüşçü” medalları  ilə təltif olunmuşdur. Şəhidin bir oğul yadigarı bizlərə əmanətdir.

Zülfüqar Fərəcovun Şəhid olmasından 1 il ötür.

Şəhid doğum günündə yad edildi.

Keçidlər