Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİD HÜSEYNOV SAHİL HABİL OĞLU

Soyad: Hüseynov
Ad: Sahil
Ata adı: Habil
Doğum tarixi: 12.07.2001
Şəhid olub: 09.11.2020
Rütbə: əsgər

 Təltifləri:

 

   Hüseynov Sahil Habil oğlu- Xocavənd rayonunun Muğanlı kənd sakini olan Sahil 12 iyun 2001-ci ildə dünyaya göz açmışdır. Ağcabədi rayonunun Xocavənd kəndində yerləşən 1 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2019-cu ildə orta məktəbi bitirən Sahil elə həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanmışdır. 27 senytabr 2020-ci ildə başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun əsgəri kimi döyüşlərə atılmış, düşmənin dayaq nöqtələrinin  məhv edilməsində fəal iştirak etmişdir.Sahil Hüseynov 09 noyabr 2020-ci il tarixdə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən ağır döyüşlərdə şəhid olmuşdur. 11 noyabr 2020-ci il tarixdə məskunlaşdığı ərazidə- Ağcabədi rayonu Xocavənd kəndində  dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur.

 

 

 

 

           Şəhid Sahil Hüseynovun ailəsi ziyarət edilib

Keçidlər