Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİD TAĞIYEV ELZAMİN EYVAZ OĞLU

Soyad: Tağıyev

Ad: Elzamin
Ata adı: Eyvaz
Doğum tarixi: 11.08.1992
Şəhid olub: 09.11.2020
Rütbə:əsgər
Təltifləri:

   Tağıyev Elzamin Eyvaz oğlu - 11.08.1992-ci ildə Xocavənd rayon Qaradağlı kəndində doğulmuşdur. 1999-cu ildə Beyləqan rayon Şəfəq qəsəbəsində təhsil həyatına başlamışdır. 2010-cı ildə Xocavənd rayon Salakətin kənd tam orta məktəbindən məzun olmuşdur. Həmin il hərbi xidmətə yollanmış, 2012-ci ildə N saylı hərbi hissədən tərxis olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Moskva Dövlət Politexnik Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuşdur. Qiyabi təhsil aldığı müddətdə rayonun ictimai-siyasi mühitində aktiv iştirak etmiş, 2015-ci ildən Xocavənd rayon Mərkəzi Kitabxana sistemində şöbə müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda bir çox idman yarışlarının iştirakçısı olmuşdur. Xocavənd Rayon İcra Hakimiyyətinin ictimai şurasının üzvü idi.
  8 sentyabr 2020-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılmışdır. Tağıyev Elzamin 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində döyüşlərə atılmış, 11 oktyabrda şiddətli döyüşlər zamanı yaralanmış, 27 oktyabr tarixinə kimi hərbi hospitalda müalicə almışdır.
  27 oktyabrdan yenidən ordu sıralarına qatılan Elzamin Qubadlı istiqamətində gedən döyüşlərə qatılmışdır. 9 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
  Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”. “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. Subay idi.

Şəhid Tağıyev Elzamin Eyvaz oğlunun xatirəsi yad edilib.l

Şəhid Tağıyev Elzamin Eyvaz oğlunun anım günü ilə bağlı tədbir keçirilmişdir.

         

Keçidlər