Şriftin ölçüsü :

Saytın rəngi :

Keçirilmiş tədbirlər

 

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı təlim keçirilmişdir.
10.12..2021-ci ildə  Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatında çalışan dövlət qulluqçuları həmçininXocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatı və inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçularına  “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı ZOOM online platforması vasitəsilətəlim keçirilmişdir.
   Baçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmasl şöbəsininAzər Süleymanov, qanunvericilik aktlarından danışaraq dövlət qulluğunun Azərbaycan Respublikasının Konstitusiyası, Dövlət qulluğu haqda qanun və digər normativ hüquqi aktlarla tənzimləndiyini qeyd etdi. O idarəçilik, dövlət qulluğunda kateqoriyalar, etik davranış prinsipləri, mövcud standartlar haqda tədbir iştirakçılarına məlumat verdi. Etik davranış qaydaları sahəsində beynəlxalq qanunvericiliyinin mövcudluğunu qeyd edən natiq dövlət qulluqçuları üçün etik davanış qaydaları haqqında qanunda vicdanlı davranış, loyallıq, ictimai etimad, maraqların toqquşması, əmlakdan istifadə, mədəni davranış və digər prinsiplərin oduğunu bildirib və bu prinsiplər haqda ətraflı məlumat verib.

 

“Etik davranış qaydalarına əməl etmək hər bir dövlət qulluqçusunun borcudur" başlığı altında maarifləndirici tədbir keçirilmişdir.
2021-11-03
   03.11.2021-ci ildə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatında çalışan dövlət qulluqçuları həmçininXocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatı və inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçularına  “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı təlim keçirilmişdir. Tədbirə giriş sözü ilə başlayan Baçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmasl şöbəsinin müdiri Azər Süleymanov tədbir iştirakçılarını salamlayaraq,  tədbirin keçirilməsinin əhəmiyyətindən danışdı və bütün təşkilatçılara öz minnətdarlığını bildirdi.

    A. Süleymanov, qanunvericilik aktlarından danışaraq dövlət qulluğunun Azərbaycan Respublikasının Konstitusiyası, Dövlət qulluğu haqda qanun və digər normativ hüquqi aktlarla tənzimləndiyini qeyd etdi. O idarəçilik, dövlət qulluğunda kateqoriyalar, etik davranış prinsipləri, mövcud standartlar haqda tədbir iştirakçılarına məlumat verdi. Etik davranış qaydaları sahəsində beynəlxalq qanunvericiliyinin mövcudluğunu qeyd edən natiq dövlət qulluqçuları üçün etik davanış qaydaları haqqında qanunda vicdanlı davranış, loyallıq, ictimai etimad, maraqların toqquşması, əmlakdan istifadə, mədəni davranış və digər prinsiplərin oduğunu bildirib və bu prinsiplər haqda ətraflı məlumat verib.

 

Görülən işlər:
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsaslanaraq, 2020-ci il ərzində Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən aşağıdakı mövzularda Aparatın, həmçinin qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin dövlət qulluqçusu olan əməkdaşlarının iştirakı ilə təlimlər keçirilmişdir:
1. dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi;
2. dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması yetirilməsi;
3. dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;
4. “Yerli icra hakimiyyətləri haqqında  Əsasnamə” ilə yerli icra hakimiyyətlərinə həvalə edilmiş vəzifə və səlahiyyətlər;
5. dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına  əməl olunmasının təmin edilməsi.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymətləndirilməsi müəyyən edilmişdir. Qeyd etmək istərdik ki, Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçuları barədə qiymətləndirmə işləri aparılarkən nəzərdə tutulmuş meyarlardan başqa həmin əməkdaşlar tərəfindən il ərzində etik davranış qaydalarına riayət edilməsi, bu sahədə pozuntulara yol verilməməsi nəzərə alınır.
2020-ci il ərzində Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı şikayət daxil olmamışdır.

 

Keçidlər